1989-cu ildə anadan olmuştur. 2005-ci ildə Kimya və biologiya təmayüllü Respublika liseyini bitirərək Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olmuştur.
2010-cu ildə Stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək Qazi Universitetinin (Ankara, Türkiyə) Diş həkimliyi fakültəsinin Ağız, diş, çənə xəstəlikləri və cərrahiyyəsi kafedrasında uzmanlıq təhsilinə başlamıştır.
2012-ci ildə Qazi Universiteti Tibb fakültəsinin xəstəxanasında anesteziologiya, təcili yardım, LOR, ümumi cərrahiyyə və plastik cərrahiyyə şöbələrində 9 aylıq rotasiya təhsilini tamamlamışdır.
2013-cü ildə İsveçrənin Bazel Universitetində professor Daniel Buserlə estetik bölgələrdə dental implant cərrahiyyəsi üzrə praktiki təcrübə keçmişdir.
2015-ci ildə ABŞ-nin Portlend şəhərində Emanuel Legacy və Providence klinikalarında Prof. Erik Dirksin (Eric Dierks) rəhbərliyi altında üz-çənə nahiyəsinin travmaları, gicgah-çənə oynağının xəstəlikləri və cərrahiyyəsi sahəsində elmi-praktiki təcrübə keçərək fəxri diplomla təltif olunmuştur.
2015-ci ilin iyul ayında Qazi Universitetində doktorantura təhsilini tamamlayaraq Ağız, Diş, Çənə Xəstəlikləri və Cərrahiyyəsi sahəsində fəlsəfə doktoru (PhD) elmi dərəcəsini və həkim-mütəxəssis (Uzman doktor) ali peşə-iхtisas dərəcəsini almışdır.
Onlarla elmi konfranslara qatılmış, təqdimatlarla çıxış etmişdir. Onlarla elmi məqalənin müəllifidir.
"Dental İmplant Cerrahisinde Preoperatif və Postoperatif Anksiyete Durumunun Değerlendirilməsi" adlı kitabın və "Gömülü mandibular 3.molar cerrahisi sonrası sinir yaralanmaları insidansının değerlendirilmesi" adlı layihənin müəllifidir.
Üzvlüklər
Konqreslər, Seminarlar, Kurslar